Ukrayna hərbi təyyarəsinin düşmə anı – Video
Bizi izləyin

Dünya

Ukrayna hərbi təyyarəsinin düşmə anı – Video

Xəbər verildiyi kimi, bu gün Luqansk vilayətində Ukrayna ordusunun “An-26” hərbi təyyarəsi terrorçular tərəfindən vurulub.

Publika.az-ın verdiyi xəbərə görə, təyyarənin yerə düşməsini göstərən video sosial şəbəkələrdə yerləşdirilib.

Təyyarənin daşına bilən PZRK zenit-raket kompleksi ilə vurulduğu bildirilir. Pilot paraşütlə tullanaraq sağ qala bilib. Terrorçular hazırda pilotun axtarışını davam etdirir.

Dünən isə Ukraynanın şərqindəki Qorlovka şəhərində terrorçular Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki SU-25 təyyarəsini vurub. Vurulan təyyarələrdən biri Zaytsevo, digəri isə Debalçevo qəsəbələri yaxınlığında yerə düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm