Çin-Türkiyə casus qalmaqalı
Bizi izləyin

Dünya

Çin-Türkiyə casus qalmaqalı

Çin ilə İordaniya arasındakı məlumat mübadiləsi haqda razılaşmadan sonra Türkiyə kəşfiyyatının bir sıra gizli işləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, İordaniya və Çin rəhbərliyi Kəşfiyyat və İnformasiya mübadiləsi mövzusunda əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, Çin Dövlət Təhlükəsizlik nazirliyi (Guoanbu) ilə İordaniya Ümumi Kəşfiyyat idarəsi (GID) vətəndaş müharibəsinin alovlandığı Suriya və İraqdakı Çin vətəndaşı olan uyğurlar haqqında məlumat mübadiləsi aparacaq.

Müqaviləyə bu bəndin salınmasına səbəb Çin hökumətinin Türkiyə kəşfiyyatının uyğur türklərinə Suriya və İraqda hərbi təhsil verdiyi barədə şübhələridir.

Qeyd edək ki, “Voltairenet.org” saytının verdiyi xəbərə görə, Çin hökuməti MİT-in (Milli İstihbarat Təşkilatı) uyğur türklərini Suriya və İraqda hərbi təhsil verdikdən sonra Çinə göndərərək oradan kəşfiyyat məlumatlarının sızdırılmasına xidmət etdiyini ortaya qoyub.

Xatırladaq ki, bir müddət öncə Qərb dövlətləri də MİT-in Suriyadakı terrorçu qruplara dəstək verməkdə günahlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm