İsraildən “evləri tərk edin” xəbərdarlığı
Bizi izləyin

Dünya

İsraildən “evləri tərk edin” xəbərdarlığı

İsrail Qəzzanın bölgə əhalisinə evləri tərk etməklə bağlı xəbərdarlıq edib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail təyyarələri Qəzzanın şimalında yerləşən Beyt Lahya bölgəsinə broşürlər atıb. Həmin broşürlərdə İsrail istiqamətinə raketlərin atıldığı bölgələrə hava hücumunun olacağı haqda xəbər verilib. Ordu Beyt Lahyadakı bəzi bölgələrin azad edilməsi tələbini də irəli sürüb.

“Beyt Lahya sakinlərinə hərbi bildiriş” başlıqlı broşürlərdə aşağıdakı ifadəyə yer verilib:

“İsrail ordusu torpaqları istiqamətində atılan raketlərin yerləşdiyi bölgələrdə “terror ünsürləri” və ona aid infrastrukturları vurmaq üçün şiddətli hava hücumu keçirəcək. Həmin bölgələr: Əl-Tatradan əs-Selatin küçəsi ilə Cəbaliyə düşərgəsinin şərq və qərb əraziləridir. Təhlükəsizliyiniz üçün evlərinizi tərk edin”.

Xatırladaq ki, İsrail “Qoruyucu xətt” əməliyyatını başlatdığı tarixdən etibarən Qəzzaya təşkil etdiyi hücumlarda 163 adam həyatını itirib, 1085 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm