Obama heç bir vədini yerinə yetirməyib
Bizi izləyin

Dünya

Obama heç bir vədini yerinə yetirməyib

"İnsanların ona olan güvənini boşa çıxaran prezident bundan sonrakı səlahiyyəti dövründə çox düşünməli olacaq”.

Axar.az xəbər verir ki, bu barədə ”Faynənşl Tayms” qəzetində analitik yazar Edvard Lus öz açıqlamaları ilə çıxış edib.

Lusun sözlərinə görə, Obama hansısa məsələ barəsində yeni vədlər versə də əhali artıq ona inanmır. İnsanların Obamadan uzaqlaşmasının əsas səbəbkarı elə onun özü və tətbiq etdiyi ikili standartlardır . Hətta bu son casus qalmaqalı da sübut etdi ki, Obamanın ABŞ-ın xüsusi xidmət orqanlarına olan nəzarəti olduqca zəifdir.

"Liderlər nə zaman ki, yüksək mənəviyyat dolu vədlər verirlər, onlar iflaslarını ən başda özləri hazırlamış olurlar", - deyə Lus əlavə edib.

Lus yazır: “Xatırlatmaq istəyirəm ki, prezident 2008-ci ildə respublikaçıların analoji addım atması müqabilində ictimai fondlara az vəsait ayıracağı vədini versə də, o sonradan bu vədinə xilaf çıxmışdı. Eyni ildə Barak Obamanın Berlində otuz dəqiqəlik çıxışını dinləməyə iyirmi min insan gəldi, lakin indi Almaniya əhalisinin heç 40 faizi də ona etibar etmir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm