Suriya İsrailə raket atdı
Bizi izləyin

Dünya

Suriya İsrailə raket atdı

Suriya İsrailin nəzarətində olan Golan təpələrinə mərmi atıb.

ANS PRESS-in məlumatına məlumatına görə, İsrail tərəfi də cavab olaraq Suriyadakı hədəflərə hücum etdiyi bildirilir.

İsrail ordusundan verilən açıqlamada Suriya tərəfindən atılan mərminin Golan təpələrində bir əraziyə düşdüyü, hadisə zamanı ölən, ya da yaralanan olmadığı bildirilib.

İsrail ordusu cavab olaraq Suriya torpaqlarının hədəf alınmağa davam ediləcəyini bəyan edib.

Qeyd edək ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 175 dinc fələstinli ölüb, 1280 nəfər isə yaralanıb. Fələstindən İsrailə atılan raketlərin heç biri hədəfə çatmayıb. Daha doğrusu, İsrailə istiqamətlənmiş raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bu arada ABŞ dövlət katibi Con Kerri İsrail ilə Fələstin arasında atəşkəsi təmin etmək üçün sabah Misirə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm