Ərdoğan Bərzani ilə görüşdü
Bizi izləyin

Dünya

Ərdoğan Bərzani ilə görüşdü

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Şimali İraq Kürd Müxtariyyətinin rəhbəri Məsut Bərzani ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, Ankarada keçirilən görüşdə İraqdakı ümumi vəziyyət və ikitərəfli əlaqələr müzakirə edilib.

Görüşdə İraqda sabitlik və təhlükəsizliyin yenidən təşəkkül tapması üçün yeni bir siyasi başlanğıca ehtiyac olduğu vurğulanıb. Bu çərçivədə İraqda ümumi seçkilərin başa çatmasının ardından gözlənilən dəyişikliyin reallaşması üçün siyasi prosesin sürətlə getməsinin əhəmiyyətinə işarə edilib.

Qeyd edək ki, İraqdan ayrılıb müstəqil kürd dövlətini yaratmağa çalışan Məsud Bərzani Türkiyə səfəri şərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm