Nazir istefa verdi
Bizi izləyin

Dünya

Nazir istefa verdi

İngiltərə xarici işlər naziri Uilyam Heyq vəzifəsindən ayrıldığını bildirib.

ANS PRESS-in məlumatına görə, İngiltərə Mühafizəkar partiyasının üzvü olan Heyq parlamentin aşağı palatasına rəhbərlik etməklə, bu axşam 4 ildir davam etdirdiyi Xarici İşlər Nazirliyi vəzifəsindən istefa verib. Bu barədə o, "Twitter" hesabında məlumat yayıb.

53 yaşılı Heyq həmçinin, gələn il may ayında keçiriləcək seçkilərdə millət vəkili namizədi olmayacağını açıqlayıb.

26 illik deputat fəaliyyəti olan Heyq 1997-2001-ci illərdə həmin dövrün əsas müxalifət partiyası olan Mühafizəkar partiyasının sədri olub.

Qeyd edək ki, İngiltərə baş naziri Devid Kameron nazirlər kabinetində bəzi dəyişikliklər edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm