Yaxın Şərqdə sülh danışıqları nəticə vermir
Bizi izləyin

Dünya

Yaxın Şərqdə sülh danışıqları nəticə vermir

“Sarsılmaz qaya” əməliyyatının qızğın gedişatı fonunuda rəsmilər atəşkəsdən danışarkən Fələstində 1 385 nəfər yaralanıb, 184 mülki şəxs həlak olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Həmas hərəkatının nümayəndəsi Fəvzi Barhum bildirib. O deyib ki, “Razılaşma əldə olunanadək atəşkəs olmayacaq. Müharibə vaxtı danışıqlara kimi atəş dayandırılmaz”.

Eləcə də İsrail Müdafiə Ordusunun baş qərərgah rəisi Beni Hansın dediyinə görə “Sarsılmaz Qaya” əməliyyatı nəinki dayandırılır, hətta yaxın günlərdə genişlənəcək.
ABŞ prezidenti Barak Obama isə Benyamin Netenyahu ilə görüşündə danışıqların baş tutması üçün ABŞ-ın köməyini təklif edib. "The Wall Street Journal" bildirir ki, rəsmilər danışıqlarda Türkiyə, Qatar və Msirin də vasitəçi kimi iştrakına üçüd bəsləyirlər.

“Biz münaqişənin gərginləşməməsi naminə ciddi səylərimizi əsirgəməyəcəyik. Sözsüz ki, biz İsrailin özünümüdafiə hüquqlarını tanıyırıq. Biz həm də Həmasın raket hücumlarının dayandırılması istiqamətində təminat istəyirik” - deyə ABŞ-ın milli təhlükəsizlik sözçüsünün müavini Ben Rods bildirib.

BMT baş katibi Pan Gi Mun isə baş verənləri şərh edərkən bilidirib ki, “Fələstinlilər Həmasın məsuliyyətsizliyi, İsrailin isə sərt cavabının girovuna çevriliblər”.

Bu arada “Sarsılmaz qaya” əməliyyatının qızğın gedişatı fonunuda KİV İsrail və Fələstin İslam Hərəkatı olan Həmas arasında atəşkəs barəsində danışıqların getdiyini bildirir. ANS PRESS-in məlumatına görə, İsrail ordusunda isə əməliyyatın genişlənəcəyi xəbərlər gəzir.

"Walla News" agentliyinin verdiyi məlumatda bildirilir ki, hər iki tərəf atəşkəsin bərqərar olması üçün öz şərtlərini irəli sürür. İsrail Həmasdan 2012-ci ilin noyabrında “Buludun sütunu” əməliyyatından sonra əldə olunan atəşkəs danışıqlarına qayıtmağı tələb edir. İsrail qruplaşmanın tam şəkildə tərkihsilah olmasını və raket atışları üçün nəzərdə tutulan tunel və şaxtaların yıxılmasında israr edir.

Öz növbəsində Həmas 2011-ci ilin oktyabrında “Şalat müqaviləsi”nə görə azad edilən lakin daha sonra keçən ilin yayında “Qardaşları qaytarmaq” əməliyyatı zamanı yenidən həbs edilən 55 fəalın azad olunmasını tələb edir. Bundan əlavə Həmas Misir və Fələstin milli administrasiyasından Misir sərhədində Rifah keçidinin açılması və keçmiş Həmas hökumətinin 40 min işçisinin maaşlarının verilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, Qəzzaya istiqamətli hücumlarda 184 nəfərin ölməsi, 1385 nəfərin isə yaralanması barədə xəbər yayılıb.

Digər tərəfdən İsrail polisi və səhiyyə mənbələrinə görə, Qəzzadan İsrailə atılan raketlər səbəbiylə 3 İsrailli yaralanıb.

"Yəhudi səsi" adlı internet saytının məlumatına görə "Qəzzadan atılan mərmilər səbəbiylə mərminin düşməsi nəticəsində 11, sığınacaqlara qaçarkən 36, həyəcan səsindən qaynaqlanan yol qəzaları səbəbindən 6 və baş verən çaxnaşma nəticəsində 151 olmaqla cəmi 208 İsrailli yaralanıb".

İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. Keçən bazar ertəsindən artan gərginlik və İsrailin hücum əməliyyatı bu günə kimi davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm