Rusiyada işə düzəlmək istəyən miqrantlar test imtahanı verəcək
Bizi izləyin

Dünya

Rusiyada işə düzəlmək istəyən miqrantlar test imtahanı verəcək

Rusiyada işə düzəlmək istəyən miqrantlar bu ilin sentyabrında test imtahanları verəcəklər. 2015-ci il yanvarın 1-dən etibarən Rusiyada miqrantlar işə götürülərkən testin nəticələrinə baxılacaq. Hələlik isə miqrantlar yalnız rus dilindən imtahan verirlər.

Ancaq miqrantlar üçün testlərin ilkin variantı indi bir qədər sadələşdirilib. Publika. az xəbər verir ki, bu barədə “İzvestiya”qəzetinə Rusiya Xalqlar Dostluğu Universitetinın prorektoru Anjela Doljnikova danışıb.

O bildirib ki, testdən “Rusiya Dövlət Miqrasiya Xidməti harada yerləşir”, yaxud “Rusiyada diplomatik vizanı kimlər ala bilər” və s. kimi mürəkkəb suallar yığışdırılıb.

Doljnikovanın sözlərinə görə, testlər maksimal dərəcədə sadələşdirilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm