Koronavirusda SON DURUM - Avropa ölkələri sürətlə uçuruma doğru gedir, İranda vəzifəli şəxs öldü
Bizi izləyin

Dünya

Koronavirusda SON DURUM - Avropa ölkələri sürətlə uçuruma doğru gedir, İranda vəzifəli şəxs öldü

Çində ortaya çıxan və dünyanın 157 ölkəsinə yayılan yeni tip koronavirus yayılmağa və can almağa davam edir.

Publika.az xəbər verir ki, İranda Ekspertlər Məclisinin üzvü Ayətullah Həşim Batayi Qulpeyqani yoluxduğu koronavirusdan dünyasını dəyişib.

Pakistanda yoluxma faktı 94-ə çıxıb.

Fransada dünyasını dəyişənlərin sayı 120-yə, yoluxanların sayı isə 5 min 400-ə qalxıb.

İspaniyada 288 nəfər koronavirusdan ölüb, 7 min 753 nəfər virusdan əziyyət çəkir.

Almaniyada martın 9-da 1040 yoluxma faktı qeydə alınıbsa, bu gün bu rəqəm 5 min 54-ə qalxıb. 10 nəfər dünyasını dəyişib.

İngiltərədə yeni tip koronavirusa yoluxma sayı 1372-dir. 35 nəfər xəstəlikdən ölüb.

İsveçrədə 2 min 200 nəfər epidemiyaya yoluxub. 14 nəfər ölüb.

ABŞ-da 3 min 500 nəfərdə koronavirus aşkarlanıb. Ölü sayı 65-dir.

İsraildə Kovid-19 aşkarlanan insan sayı 193 olub.

Çinin materik hissəsində ölü sayı 3 min 213-dür.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 16-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb. Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 157 ölkə üzrə 169 610 nəfərdir. Son yoluxma sayı 192 nəfərdir. Onların içərisində 15-i yeni olmaqla 6518 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 77 776 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm