Prezident açıqladı - Koronavirus üçün 1 trilyon dollar ayrıldı
Bizi izləyin

Dünya

Prezident açıqladı - Koronavirus üçün 1 trilyon dollar ayrıldı

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirusla mübarizə üçün 1 trilyon dollarlıq kredit potensialını aktivləşdirmək üçün hazırdır.

Publika.az xəbər verir ki, bu barədə fondun prezidenti Kristalina Corciyeva danışıb.

Prezident COVİD-19 epidemiyasının qlobal iqtisadiyyat üzərindəki mənfi təsirlərinə qarşı 1 trilyon dollarlıq qaynağı istifadəyə hazır etdiklərini açıqlayıb.

IMF-nin internet saytından yazısı yayımlanan Corciyeva vəsaitin fondun üzv ölkələrinin ixtiyarına verilməsi üçün bütün işləri tamamladıqlarını bildirib.

İlk addımda təcili yardım mexanizmi çərçivəsində 50 milyard dollarlıq qaynaq dərhal istifadəyə verilmə vəziyyətindədir. Onun 10 milyard dollarlıq hissəsi aşağı gəlirli üzv ölkələrə faizsiz verilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm