İraq ordusu Səddamın məmləkətinə hücuma başladı
Bizi izləyin

Dünya

İraq ordusu Səddamın məmləkətinə hücuma başladı

İraq ordusu Tikrit şəhərini “İraq Şam İslam Dövləti”nin (İŞİD) liderliyik etdiyi silahlı qruplardan azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

Publika.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraq Müdafiə Nazirliyindən bildirilib.

Şəhərin azad edilməsi əməliyyatına “İti qılınc” adı verilib. “Hərbi qüvvələrimiz qurudan tank və toplarla, havadan isə hərbi təyyarələr və vertolyotlarla dörd bir tərəfdən genişmiqyaslı əməliyyatları davam etdirir. Tikrit azad olunmayana kimi əməliyyat davam edəcək”, - Nazirliyin açıqlamasında deyilir.

“Anadolu” agentliyinin bölgədəki müxbiri İraqın keçmiş lideri Səddam Hüseynin məmləkəti olan Tikrit şəhərinin cənub hissəsində şiddətli döyüşlərin getdiyini xəbər verib. Şəhərin bu hissəsində dövlət binaları yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm