TƏCİLİ: koronavirus peyvəndinin tətbiqinə başlanılır
Bizi izləyin

Dünya

TƏCİLİ: koronavirus peyvəndinin tətbiqinə başlanılır

Çində yeni tip koronavirusa (COVID-19) qarşı hazırlanan peyvəndin klinik sınaqlarının keçirilməsinə icazə verilib.

Publika.az xəbər verir ki, məlumatı Çin Kommunist Partiyasının yayım orqanı “Xalqın Gündəlik Qəzeti” yayıb.

Məlumata görə, peyvənd koronavirusa yoluxan insanlar üzərində sistematik şəkildə sınanacaq. Kliniki araşdırma könüllülük prinsipi əsasında tibbi məlumatlar əldə etmək məqsədilə elmi iş formatında aparılacaq. Sınaq mərhələsindəki dərmanlar peyvəndlərin farmakokinetik, farmakodinamik və müalicə gücünün ortaya qoyulmasını təmin edəcək.

Koronavirus peyvəndinin kliniki sınaqları Çin Hərbi Tibb Elmləri Akademiyasının üzvü Çen Veyinin rəhbərliyi altındakı araşdırma komandası tərəfindən aparılacaq.

Qeyd edək ki, Çindən əvvəl ABŞ koronavirusa qarşı peyvəndi könüllülər üzərində sınaqdan keçirdiyini açıqlamışdı. “mRNA-1273” adı verilən peyvənd ilkin mərhələdə Vaşinqton ştatındakı “Kaiser Permanente” Araşdırma Mərkəzində 4 könüllü üzərində sınanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm