Rusiya Ukrayna hərbi təyyarəsini vurub
Bizi izləyin

Dünya

Rusiya Ukrayna hərbi təyyarəsini vurub

Ukrayna ordusunun iyunun 14-də yerə salınan “An-26” hərbi təyyarəsi Rusiya Silahlı Qüvvələri tərəfindən vurulub.

Publika.az-ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko bildirib.

O qeyd edib ki, Ukrayna Rusiyanı bu məsələdə ittiham etmək üçün təkzibedilməz sübutlara malikdir. V.Nalivayçenko araşdırmanın nəticəsinin bu gün Ukrayna prezidenti Pyotr Poroşenkonu təqdim ediləcəyini, daha sonra isə mətbuatda dərc ediləcəyini deyib.

Xatırladaq ki, Ukrayna ordusunun “An-26” təyyarəsi Luqansk vilayətində vurulub. Təyyarədə ekipaj heyətinin7 üzvündən başqa hərbi yükü müşayiət edən bir nəfər olub. Ekipaj heyətinin iki üzvü hazırda separatçıların əlindədir, digər altı nəfərin taleyi barədə məlumat yoxdur.

Təyyarənin Rusiya tərəfindən vurulması ehtimalını isə bundan əvvəl Ukrayna müdafiə naziri Valeriy Qeletey səsləndirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm