Dünya
Şanlıurfa İŞİD-in qərargahıdır – ŞOK İDDİA
HDP Şanlıurfa millət vəkili İbrahim Ayxan İŞİD-in Şanlıurfadan qərargah kimi istifadə etdiyini deyib.
Publika.az cümhuriyyət.com.tr-yə istinadən xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili İbrahim Ayxan İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının Türkiyənin Şanlıurfa şəhərində at oynatdığını iddia edib: “Kobanidə kürdlərə çox ciddi hücumlar davam etməkdədir. İŞİD qruplaşması Kobani xalqına qarşı böyük qətliamlar törədir. Bu hücumlar orada yaşayan xalqımızı çox ciddi təhdid edir. Orada insanlığı məhv etmək istəyirlər. Biz də burada altı gündür qurduğumuz çadırlarla Kobani xalqının yanında olduğumuzu göstərmək istəyirik. Başda Türkiyə olmaqla İŞİD Orta Asiyada bəlli qüvvələr tərəfindən dəstəklənir. Şanlıurfa bu dəstəyə şahid bölgələrdən biridir. İŞİD yaraqlıları Şanlıurfada at oynadır. Xəstəxanalardan tutmuş silah-sursatadək bir çox sahələrdə Şanlıurfadan, demək olar, bir qərargah kimi istifadə olunur. Bu da AKP hökumətinin gözü qarşısında baş verən hadisədir”.
Vüsal Tağı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."