Avropa qapılarını Türkiyə üçün bağladı
Bizi izləyin

Dünya

Avropa qapılarını Türkiyə üçün bağladı

Avropa Birliyi 5 il müddətində Türkiyəyə qapılarını bağlayıb.

ANS PRESS-in məlumatına görə, Lüksemburq sabiq baş naziri Kloud Junker Avropa Komissiyasının sədri seçildikdən sonra verdiyi ilk açıqlamada Türkiyəni məyus edib:

"Qarşıdan gələn 5 ildə yeni Avropa Birliyi üzvü olmayacaq".

Bununla belə Junker Balkan ölkələri başda olmaqla AB üzvü olmaq istəyən ölkələrin açıq bir Avropa perspektivinə ehtiyacları olduğunu da sözlərinə əlavə edib.

Son dövrlərdə AB-nin qarşılaşdığı ən böyük problemin qeyri-qanuni miqrasiyanın olduğunu bildirən Junker Birliyin sərhədlərinin daha möhkəm qorumağın vacibliyindən danışıb. O, həmçinin Avropanı bürüyən işsizliyin qarşısını almaq üçün qarşıdakı 3 ildə 300 milyard avroluq invesitisiyaya ehtiyac olduğunu sözlərinə əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm