İsrail yenidən Qəzzanı bombaladı
Bizi izləyin

Dünya

İsrail yenidən Qəzzanı bombaladı

İsrail HƏMAS-la sülh bağlanması haqqında Misirin təklifini qəbul etdikdən sonra yenidən atəşkəsdən imtina edib.


Axar.az “Ria Novosti”yə istinadən xəbər verir ki, atəşkəs elan edildikdən sonra fələstinli silahlılar İsrailin şimal bölgələrinə 35-dən çox raket atıblar. Hətta İsrailin mərkəz bölgələrinin də vurulduğu bildirilir.


İsrail əsgərləri bir neçə saatlıq atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatları yenidən bərpa edib. Əməliyyatların bərpası İsrail ordusundan təsdiqlənib və ətraflı məlumatın sonra veriləcəyi bildirilib.


Qeyd edək ki, artıq bir neçə gündür ki, İsrail Qəzzanı bombalayır. Verilən rəsmi açıqlamalara əsasən, İsrailin hücumu nəticəsində 190 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm