Ukraynalı mer azad edildi
Bizi izləyin

Dünya

Ukraynalı mer azad edildi

İyulun 11-də oğurlanmış Luqansk vilayətinin Popasnaya şəhərinin meri Yuri Onişenko əsirlikdən azad edilib.


ANS PRESS-in məlumatına görə, bu haqda Anti Terror Qüvvələrinin informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.

"Muzdurlar onu döyüb, ayağına atəş açıb, bıçaq yaraları vurub. Bu səbəbdən o, ürək tutması keçirib", - deyə Lısenko qeyd edib.

Andrey Lısenkonun sözlərinə görə, hal-hazırda mer təhlükəsiz yerdə xəstəxanadadır.

Qeyd edək ki, 11 iyulda Luqansk vilayətinin Popasnaya şəhərinin meri Yuri Onişenkonun itkin düşməsi barədə məlumatlar yayılmışdı.

7 iyulda “Luqansk Xalq Respublikası”nın nümayəndələri Donetsk ərazisiylə sərhəddə yerləşən Popasnaya şəhərini tutublar və prokurorluğun binasında qərargah yerləşdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm