Son 75 ilin ən ağır böhranı başlayıb - Quterreş
Bizi izləyin

Dünya

Son 75 ilin ən ağır böhranı başlayıb - Quterreş

Koronavirus pandemiyası İkinci Dünya müharibəsindən bəri ən ağır böhrandır.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

O, bu pandemiyadan sonra qeyri-sabitliyin dərinləşdirəcəyini, münaqişələrin daha aktiv fazaya keçəcəyini istisna etməyib:

“BMT fövqəladə durumdan, sosial-iqtisadi şokdan çıxmalarına yardım məqsədilə aşağı və orta gəlirli ölkələr üçün fond yaradır. Toplanan vəsait səhiyyə sahəsinə, preparatların, peyvəndlərin hazırlanması işinə yönəldiləcək”.

Quterreş fondda bu günə qədər 95 milyon dollardan çox vəsaitin toplandığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm