ABŞ və Rusiya hərəkətə keçdi: neftin qiymətini qaldırmaq üçün...
Bizi izləyin

Dünya

ABŞ və Rusiya hərəkətə keçdi: neftin qiymətini qaldırmaq üçün...

Rusiyanın Energetika naziri Aleksandr Novak ilə amerikalı həmkarı Dan Brouillette arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, nazirlər qlobal neft bazarındakı son vəziyyəti müzakirə edib.

“Tərəflər qlobal neft bazarı ilə yanaşı, G20 və Dünya Bankı vasitəsilə qarşılıqlı əməkdaşlıq imkanlarından söhbət açıb. Nazirlər neft bazarındakı azalan tələb və təklif profisitinin qlobal enerji sektorunun inkişafına fayda vermədiyini və beynəlxalq iqtisadiyyatın bərpasına başlanmasından sonra bazara qətiyyətli şəkildə tədarük verilməsi mövzusunda risk yaratdığını qeyd edib”, - açıqlamada deyilir.

Görüşdə həmçinin hər iki nazirin mövcud çətinliklərə qarşı konstruktiv tədbirlər görülməsi və qarşılıqlı əməkdaşlığın davam etdirilməsi mövzularını müzakirə etdikləri bildirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov ötən gün verdiyi açıqlamada Rusiya və ABŞ-ın neftin hazırkı qiymətlərinin maraqlarına uyğun olmadığı məsələsinə həmfikir olduqlarını dilə gətirmişdi.

Qeyd edək ki, ötən ay OPEC və OPEC+ ölkələri arasında Cenevrənin paytaxtı Vyanada keçirilən toplantıda əlavə neft istehsalının dayandırılması mövzusunda ortaq qərar qəbul edilməmiş, bundan sonra “qara qızıl”ın qiyməti dünya bazarında kəskin ucuzlaşmışdı.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasındakı telefon danışığında neftin qiymətinin yenidən əvvəlki tempdə saxlanılması üçün nazirlər səviyyəsində müzakirələrin aparılması barədə razılıq əldə olunmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm