Con Makkeyn: “Ərdoğandan danış, yoxsa veto qoyacağam”
Bizi izləyin

Dünya

Con Makkeyn: “Ərdoğandan danış, yoxsa veto qoyacağam”

ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfir vəzifəsinə namizəd göstərdiyi Con Bassın təsdiqi ilə bağlı Senatda keçirilən iclasda maraqlı dialoq yaşanıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, senator Con Makkeyn Con Bassdan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın avtoritar olub-olmadığını soruşub.

Bass xeyli müddət bu suala cavab verməkdən yayınıb. Ancaq Makkeyn suala cavab ala bilməyəcəyi halda Bassın təyinatına veto qoyacağını söyləyib. Bass 3 dəqiqə 25 saniyə davam edən söz oyunundan sonra Ərdoğanın atdığı addımların avtoritarlaşmağa doğru bir meyil olduğunu söyləmək məcburiyyətində qalıb.

Müxtəlif vəzifələrdə çalışan diplomat Con Bass 2012-ci ildən ABŞ dövlət katibi Con Kerrinin müşaviri olub. Orta Şərq və Qafqaz bölgəsinə yaxşı bələd olan Bass, 2009-2012-ci illər arasında Gürcüstanda səfir kimi fəaliyyət göstərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm