Koronavirus milyonu ötdü
Bizi izləyin

Dünya

Koronavirus milyonu ötdü

Dünya miqyasında koronavirusa yoluxanların sayı bir milyonu ötüb.

Publika.az xəbər verir ki, hazırda 1 milyon 15 min 877 nəfər infeksiyaya yoluxub.

Onlardan 53 min 218 nəfəri dünyasını dəyişib. 212 min 993 nəfərsə sağalıb.

Son 24 saat ərzində 934 yeni yoluxma, 52 ölüm faktı qeydə alınıb.

Dünya sıralamasında ən çox yoluxma sayına liderlik edən ölkə ABŞ-da xəstələrin sayı 245 min 193-ə çatıb. Ölənlərin sayı isə 18 nəfər artaraq 6 min 88 olub. Bu günədək ən çox ölüm halı İtaliyada qeydə alınıb – 13 min 915 nəfər.

Virusun ortaya çıxdığı Çində 31 yeni yoluxma aşkarlanıb. Beləliklə, infeksiya düşənlərin sayı 81 min 620 olub. 4 yeni ölümlə dünyasını dəyişənlərin sayı 3 min 322 olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm