Dünya
Avstraliyanın səhiyyə nazirindən qorxulu açıqlama - "10 milyonu keçəcək"
Avstraliyanın səhiyyə naziri Brendon Mörfi dünyada koronavirusa yoluxan insanların sayının qat-qat artacağını bəyan edib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, mətbuat konfransı keçirən nazir Avstraliyada virusa yoluxma hallarının digər ölkələrə nisbətən azalacağını deyib: "Biz ən son texnologiyaya əsaslanan testlərdən istifadə edirik. Buna görə də virusa yoluxmaları qısa müddətdə müəyyənləşdirə və nəzarətə götürə bilirik. Dünyada isə virusa yoluxanların sayı daha da artacaq. Artıq 1 milyon şəxsdə virus olması dəqiqləşib. Düşünürəm bu say 10 milyonu keçəcək. İndi Çinin vəziyyəti nəzarət altına aldığını düşünsək də, əslində onların vəziyyəti çox qəlizdir. Çünki Çinin əhalisi həddindən artıq çoxdur və onların böyük əksəriyyətinin immuniteti yoxdur. ABŞ-da da yoluxma hallarının xeyli artacağını gözləyirik".
Qeyd edək ki, dünən dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı isə 50 mini keçib.
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO