Dünya
77 yaşlı qanuni oğru avtomobil qəzasında öldü
Rusiyanın ən titullu qanuni oğrularından olan Camal Xaçidze avtomobil qəzasında ölüb.
Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, 77 yaşlı Xaçidze nadir hallarda sükan arxasına keçirmiş. Ancaq iyulun 14-də avtomobili özü sürüb və idarəetməni itirərək qəza törədib.
Camal Xaçidze uzun illər ərzində Rusiyanın ən iri və nüfuzlu cinayət qruplaşması olan “Solntsevo” briqadasının kriminal aləmdəki kuratoru imiş. Qruplaşmanın rəqiblərlə olan problemlərini oğru toplantılarında o çözürmüş.
1990-cı illərdə Rudiklə Ded Xasan arasında münaqişə yarananda Camal birincinin tərəfinin seçmişdi. On il sonra isə Ded Xasana düşmən kəsilən Tariel Onianinin dəstəsinə keçdi. Lakin günlərin bir günü axşam gəzintiyə çıxarkən Ded Xasanın adamları Camal Xaçidzeni əhatəyə aldılar. Və necə deyərlər, “ona həyatı başa saldılar”. Xaçidzenin titulu da əlindən alındı. Yalnız üzr istədikdən və səhvini etiraf etdikdən sonra Ded Xasan onu bağışladı. Camalın bütün oğru titulları özünə qaytarıldı.
İlqar
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?