Sifarişli qətllərin təşkilatçısı olan sabiq prokurora hökm oxundu
Bizi izləyin

Dünya

Sifarişli qətllərin təşkilatçısı olan sabiq prokurora hökm oxundu

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi sabiq prokurorluq işçisi Aleksey Karpov və pauerliftinq üzrə Avropa çempionu Aleksey Savosin barədə hökm çıxarıb. Cinayət işinin materiallarına əsasən, Karpov bir neçə nəfərin sifarişli qətlini təşkil edib. Avropa çempionu Savosin isə muzdlu qatil rolunu oynayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aleksey Karpovun həyat yoldaşı Anna Filatova da prokurorluq işçisi imiş. İlk dəfə bu cütlük 2000-ci ildə Ural Hüquq Akademiyasının iki tələbəsi – Nastya Prilukova və Yekaterina Kirilovanın qətlində şübhəli bilinirdilər. Lakin onların barəsində lazımı qədər dəlil-sübut toplanmadı.

Bir neçə il əvvəl isə Karpov prokurorluq orqanlarındakı işindən azad olunur. O, şəxsi şirkətini yaradaraq bizneslə məşğul olmağa başlayır. Tezliklə bu şirkətin baş mühasibi Anastasiya Çeçelyova öz evinin qarşısında güllələnir.

İstintaq müəyən edib ki, 2010-cu il fevralın 24-də baş vermiş qətlin sifarişçisi Karpovdur. Şirkət rəhbərinin öldürülən qadına 3.2 miyon rubl borcu varmış. O, borcu qaytarmaqdansa mühasibi aradan götürməyi məqsədə uyğun sayır. Karpov muzdlu qatil axtarır. Onu “Olimp” klubunda məşqçi işləyən Aleksey Savosinlə tanış edirlər. Savosin 350 min rubl qarşılığında sifarişli qətli yerinə yetirməyə razılıq verir və mühasib qadını güllələyir.

2012-ci ildə isə Karpovla “Sibir Ticarət Kompaniyası”nın direktoru Yevgeni Konovalov arasında münaqişə yaranır. Biznes məsələlərinə görə yaranmış mübahisəni qanuni yolla həll etmək Karpovun ağlına belə gəlmir. Yenidən killer Savosini çağırır və ona yeni tapşırıq verir.

2012-ci il fevralın 23-də Savosin səsboğucu taxılmış “TT” markalı tapançadan atəş açaraq Konovalovu öldürür. Bu sifarişli qətlə görə o, Karpovdan 500 min rubl mükafat alır.

Həmin ilin payızında artıq istintaq orqanları cinayətkarların izinə düşür. Karpov qaçır və 2013-cü ildə Tümen vilayətində həbs olunur. Bir müddət sonra Savosin də tutulur.

Məhkəmənin hökmü ilə Aleksey Karpov əmlakı müsadirə olunmaqla 20 il, Aleksey Savosin isə 20.5 il müddətinə azadlıqdan məhrum edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm