Rusiyada 1 gündə REKORD QIRILDI: ABŞ-da qarşısını almaq mümkün deyil - SON DURUM
Bizi izləyin

Dünya

Rusiyada 1 gündə REKORD QIRILDI: ABŞ-da qarşısını almaq mümkün deyil - SON DURUM

Yeni tip koronavirusa yoluxma sayı dünya miqyasında 1 milyon 275 mini ötüb.

Publika.az xəbər verir ki, Rusiyada sutkalıq xəstə sayı bu gün rekord qırıb.

Belə ki, son 24 saat ərzində 954 yeni yoluxma faktı aşkarlanıb. Bununlda da ölkə miqyasında koronavirus xəstələrinin sayı 6 min 343-ə çatıb. Ölü sayı isə 47-dir.

Virusun ortaya çıxdığı Çində son sutka ərzində 1 nəfər dünyasını dəyişib. Ölkədə ölüm sayı 3 min 331, yoluxma sayı isə 81 min 708-dir.

Afrikada SON VƏZİYYƏT

Afrika qitəsində yeni tip koronavirusdan ölənlərin sayı 414-ə yüksəlib. Qitədə 51 ölkəyə yayılan COCID 19-dan sağalanların sayı 813 olub.

Avropa və ABŞ-da SON VƏZİYYƏT

- Türkiyədə yoluxma faktı 27 min 69, ölü sayı 574-dür.

- ABŞ-da yeni tip koronavirusdan ölüm və yoluxmanın qarşısını almaq mümkün deyil. Belə ki, yoluxma 336 min 830-a, ölüm 9 min 436-ya çatıb.

- Almaniyada 1584 nəfər infeksiya səbəbilə dünyasını dəyişib. 100 min 132 nəfərdə yoluxma aşkarlanıb.

- İngiltərədə ölü sayı 4 min 934, yoluxma sayı 47 min 806-dır.

- Fransada yoluxma sayı 92 min 839, ölü sayı 8 min 78-dir.

- İsraildə yoluxma faktı 8 min 611-ə, ölüm sayı 51-ə yüksəlib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm