Dünya
Bədəninin yarısını itirib, amma yenə şəndir - FOTOLAR
“Minaaxtaran həyatında yalnız bir səhv edir”.
Hərbçilər arasında bu ifadə çox məşhurdur və demək olar ki, bu, beynəlmiləl bir ifadədir. İstər azərbaycanlı minaaxtaran olsun, istər amerikalı, fərq yoxdur, hamısı bu acı həqiqəti bilir – minaaxtaran səhv etdisə, ən yaxşı halda şikəst qalacaq.
Amerika Hərbi Dəniz Qüvvələrinin dəniz piyadası, serjant Brayan Mayer də bunu bilirdi. Axı o da bu sahənin mütəxəssisi idi.
Lakin 2011-ci ildə İraqda minanı zərərsizləşdirərkən Brayan ani səhvə yol verdi. Nəticədə, partlayış onu 15 metr uzağa tulladı. O ölmədi, lakin bir ayağını və sol qolunu və sağ əlinin barmaqlarını itirdi.
Amma çox nadir adamlar Brayan kimi həyatsevər olur. Fotolardan göründüyü kimi, o hətta qan içində olanda belə gülümsəyir.
İndi əli-ayağı olmasa da, özünü şikəst kimi hiss etmir. İdmanla məşğul olur, motosikl sürür, dostları ilə barda pivə içir. Bir sözlə, adi insan kimi yaşayır.
İlqar
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB