Səudiyyə Ərəbistanı Rusiyaya açdığı savaşda məğlub oldu - Belə etiraf etdilər
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı Rusiyaya açdığı savaşda məğlub oldu - Belə etiraf etdilər

“Səudiyyə Ərəbistanı Rusiya ilə apardığı neft müharibəsində məğlub oldu”.

Publika.az xəbər verir ki, mütəxəssislər rəsmi Ər-Riyadla Moskva arasında olan gərginliyin uzun çəkməyəcəyini proqnozlaşdırır.

ESCP Avropa Biznes Məktəbi Enerji İqtisadiyyatının qonaq professoru Məmduh Salameh məsələni şərh edərkən büdcə gəlirlərinin 90%-ni neftdən təmin edən Səudiyyə Ərəbistanının Moskvaya qarşı açdığı müharibəni nəticədə öz əleyhinə çevirəcəyini deyib. Yeni tip koronavirus pandemiyası səbəbilə qlobal neft tələbində gündəlik 20 milyon barel enmə olduğunu dilə gətirən professor Rusiya iqtisadiyyatının hər barelə 25 dollar səviyyəsindəki neft qiymətləri ilə kifayətlənə biləcəyini qeyd edib. Səudiyyə Ərəbistanının isə büdcəsini balanslaşdırmaq üçün hər barelə 85-91 dollar ehtiyacı olacaq: “Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə OPEC-i təcili toplantıya çağıraraq Rusiyaya qarşı açdığı müharibəni uduzduğunu qəbul etmiş oldu. Ər-Riyad bu müharibəni uzada bilməzdi. Bununla belə OPEC-lə əməkdaşlığın qarşısında 3 əngəl dayanıb: birincisi, istehsalda nə qədər azalma olursa-olsun, pandemiya davam etdiyi müddətcə neftin qiymətində artım çox olmayacaq. İkincisi, iqtisadi və siyasi səbəblərlə əməkdaşlıq etmək məcburiyyətində qalan Moskva və Ər-Riyad gündə 10 milyon bareldən çox azalmaya gedə bilməz. Son olaraq hər iki ölkəni razılaşmaya cəlb edən ən böyük səbəblərdən biri ABŞ-ın neft bazarında sözünü keçirməsi idi. ABŞ-ın bu davranışı sözügedən iki ölkənin iqtisadiyyatını hədəfləyib. Bu da kəsintiyə getməyi mənasızlaşdırır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm