Müttəfiqi də Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər
Bizi izləyin

Dünya

Müttəfiqi də Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

Almaniya parlamenti (bundestaq) Rusiyaya qarşı sərt sanksiyaların qəbul edilməsini tələb edir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, parlamentin beynəlxalq əlaqələr üzrə komitə üzvü Karl-Qeoerq Velman Almaniyanın Rusiyaya qarşı sanksiyaların üçüncü paketini qəbul etməli olduğunu bildirib.

“Rusiyaya qarşı sanksiyaların tətbiqi qaçılmaz olacaq. Bir halda ki Rusiya Ukraynanın Şərqinə tanklar və digər ağır silahlar çatdırır və heç bir əlaməti yoxdur ki, Rusiya sabitliyin təminatı üçün çalışacaq. Buna görə Avropa Birliyi sanksiyaların üçüncü paketini tezliklə tətbiq etməyə məcburdur”, - alman deputat deyib.

Onun sözlərinə görə, Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalayan Ukrayna üçün siyasi və iqtisadi sabitləşmə lazımdır.

Qeyd edək ki, Almaniya Rusiyanın Avropadakı ən yaxın müttəfiqlərindən biri hesab olunur. Almaniya kansleri Angela Merkel ABŞ Rusiyaya qarşı sanksiya siyasətini müsbət yanaşmayan siyasətçilərdən biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm