“Gül Ərdoğan üçün birinci prioritet deyil” - İddia
Bizi izləyin

Dünya

“Gül Ərdoğan üçün birinci prioritet deyil” - İddia

“Abdullah Gül baş nazirlik postu üçün qapını açıq saxlasa da, Ərdoğanın bu post üçün birinci prioriteti Gül deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə Türkiyənin “Yeni Şafak” qəzetinin yazarı Abdülkadir Selvi çıxış edib.

“Mən Ərdoğanın gələcəyə dair indiyə kimi açıqladığı strategiyasında birinci prioritetinin Abdullah Gül olduğu qənaətinə gəlmədim”, - qəzet yazarı bildirib.

A.Selfi qeyd edib ki, Ərdoğan prezident seçildikdən sonra ilk olaraq A.Gülün partiyanın başına keçib-keçməyəcəyi və kimin baş nazir olacağı barədə suallara cavab axtarılacaq: “Abdullah Gülün verəcəyi qərar qədər Ərdoğanın kimi seçəcəyi də əhəmiyyət daşıyacaq. Ancaq Ərdoğan prezident seçkiləri başa çatmadan baş nazirin kim olacağı barədə müzakirələrin başlanmasından naharatdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm