Dünya
Çeçen qardaşlar barədə ABŞ məlumatlı idi – Şok iddia
“Rusiya xüsusi xidmət orqanları Tamerlan və Cövhər Tsarnayev qardaşlarının mümkün təhlükəsi barədə Vaşinqtonu məlumatlandırmışdı”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “RİA-Novosti” xəbər agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru İlya Roqaçev deyib.
Rusiyalı diplomat çeçen qardaşları barədə ABŞ xüsusi xidmət orqanlarına lazımi informasiyaların verildiyini bildirib.
Qeyd edək ki, Tamerlan və Cövhər Tsarnayev qardaşları Boston marafonunda terror aktını törətməkdə ittiham edilir. 15 aprel 2013-cü ildə törədilən terror aktında 3 nəfər ölmüş, 200-dən çoxu yaralanmışdı. Çeçen qardaşlardan birincisi silahlı hücum zamanı həlak olsa da, Cövhər Tsarnayev yaralı olaraq həbs edilmişdi.
Çeçenistan prezidenti Ramzan Kadırov isə hadisədə günahkarın çeçen xalqı deyil, məhz Amerika təhüləksizlik xidmətinin olduğunu bildirmişdi.
“Biz Tsarnayev qardaşlarını tanımırıq. Onlar Çeçenistanda yaşamayıblar. Bu şəxslər Amerikada yaşayıb və təhsil alıblar. Bostonda baş verən partlayışda günahkar isə məhz ABŞ-ın kəşfiyyat xidmətidir”, - Kadırov söyləmişdi.
Ömər Dağlı
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO