30 ölkənin müdafiə naziri toplanır - Koronavirusa qarşı hərbi dəstək...
Bizi izləyin

Dünya

30 ölkənin müdafiə naziri toplanır - Koronavirusa qarşı hərbi dəstək...

NATO üzvü 30 ölkənin müdafiə nazirləri Kovid-19 pandemiyası gündəmli fövqəladə iclasa qatılacaq.

Publika.az xəbər verir ki, toplantı təhlükəsiz xətt vasitəsilə videokonfrans şəklində baş tutacaq.

Alyansın baş katibi Yens Stoltenberq toplantıdan əvvəl təşkil etdiyi mətbuat konfransında müzakirənin əsas mövzusunun koronavirus pandemiyası ilə mübarizə olacağını açıqlayıb.

Baş katib ittifaqın əməliyyatları və missiyalarının davam etdiyini vurğulayıb.

Stoltenberq bənzər formada videokonfrans şəklində toplanan NATO xarici işlər nazirlərinin Kovid-19 kontekstində hərbi dəstəyi koordinasiya etməsi üçün Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Tod D. Voltersə səlahiyyət verdiyini xatırladıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm