Dünya
Ermənistan və Qarabağ tilovda yemdir, Azərbaycan isə…
“Rusiya Azərbaycan və Ermənistanı eyni vaxtda Avrasiya İqtisadi İttifaqına üzv etmək niyyətindədir. Əks halda, tərəflərdən biri rəqibin üzvlüyünə veto qoya bilər. Bu, əlbəttə ki, Rusiyanın ürəyincə deyil”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni nəşri “Aykakan Jamanak" Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişinin ləngiməsini şərh edərkən yazıb.
“Serj Sarkisyan Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalamağa hazırlaşırdı. Rusiya prezidenti onu Moskvaya çağıraraq bu addımın Qarabağ üçün pis nəticələr doğuracağını bildirdi. Amma Rusiya Bakıya deyə bilmir ki, əgər Avrasiya İttifaqına daxil olmasa, Qarabağ məsələsində Azərbaycan üçün pis olacaq. Birincisi, Azərbaycanla belə tonda danışmaq üçün əsas yoxdur. İkincisi, Qarabağ məsələsində Azərbaycan üçün artıq pis nəticə var”, - erməni nəşri yazıb.
"Aykakan Jamanak" hesab edir ki, Rusiyanın nəzəri baxımdan Qarabağın müstəqilliyini tanıyacağı mümkün olsa da, Bakı bunun baş verməyəcəyini yaxşı bilir: “İlham Əliyev yaxşı başa düşür ki, Rusiya belə addım atmayacaq. Avrasiya İttifaqına Azərbaycanı inandırmaq üçün qalan şansı da Rusiya itirə bilər. Deməli, İlham Əliyev Avrasiya İttifaqına “bəli” demir, həm də qapını tamamilə bağlamır. Eyni zamanda, qətiyyətlə vurğulayır ki, Qarabağ məsələsi onun üçün tək maraqlı məsələdir”.
Erməni nəşri Azərbaycan-Rusiya danışıqlarının bu mərhələdə olduğunu qeyd edir: “Azərbaycan Rusiyaya deyir ki, əgər məni Avrasiya İttifaqına cəlb etmək istəyirsənsə, onda Qarabağ məsələsində nə edə biləcəyini düşünməlisən. Buna paralel olaraq kəndlərimizə atəş açır, diversiyalar həyata keçirir və bütün bunlara Rusiyanın necə reaksiya verəcəyini yoxlayır. Rusiya isə heç bir reaksiya vermir”.
Faktiki olaraq, Ermənistan və Qarabağın tilovda yem olduğunu qeyd edən qəzet Azərbaycan bu yem ətrafında yavaşca fırlandığını bildirib.
Ömər Dağlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!