Son statistika açıqlandı - Koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Son statistika açıqlandı - Koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü - (YENİLƏNDİ)

Ölkələr üzrə koronavirusa yoluxma, ölüm və sağalma statistikalarını daim yeniləməklə paylaşan “worldometers.info” saytının bu saata olan son məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 milyon 205 min 976 olub.

Publika.az xəbər verir ki, 148 min 641 nəfər dünyasını dəyişib.

558 min 168 nəfər sağalıb.

Son sutka ərzində 24 min 668 yeni yoluxma, 3 min 170 ölüm qeydə alınıb.

Gün ərzində ən çox yoluxma sayı Böyük Britaniyada qeydə alınıb – 5 min 599 nəfər. Bununla da ölkədə korona xəstələrinin sayı 108 min 692 olub. 847 nəfərin ölümü ilə qurbanların sayı 14 min 576-ya çatıb.

Yoluxma sayına görə 100 mini ötən ölkələrin siyahısı:

ABŞ: 678 min 210

İspaniya: 184 min 948

İtaliya: 168 min 941

Fransa: 165 min 27

Almaniya: 138 min 273

Britaniya: 108 min 692

xxx

15:07

Ölkələr üzrə koronavirusa yoluxma, ölüm və sağalma statistikalarını daim yeniləməklə paylaşan “worldometers.info” saytının bu saata olan son məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 milyon 193 min 666 olub.

Publika.az xəbər verir ki, 147 min 384 nəfər dünyasını dəyişib.

555 min 590 nəfər sağalıb.

1 milyon 490 min 692 nəfərin müalicəsi davam edir. Onlardan 56 min 558 nəfərin durumu kritikdir.

xxx

12:27

Dünyada 2 milyon 184 min 784 nəfər infeksiyaya yoluxub.

146 min 899 nəfər dünyasını dəyişib, 553 min 260 nəfər sağalıb.

1 milyon 484 min 24 nəfərin müalicəsi davam edir. Onlardan 56 min 601-nin vəziyyəti kritikdir. 16 aprel statistikasının açıqlanmasından bəri 3 min 476 yeni yoluxma, 1 428 ölüm faktı qeydə alınıb.

xxx

09:25

Dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon 183 min 581 olub.

Publika.az xəbər verir ki, 146 min 855 nəfər infeksiya səbəbilə dünyasını dəyişib. 552 min 735 nəfər sağalıb.

Hazırda 1 milyon 483 min 991 nəfərin müalicəsi davam edir. Onlardan 56 min 588-nin vəziyyəti ağırdır.

Son sutka ərzində 2 min 273 yeni yoluxma, 1 385 ölüm qeydə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm