İraq parlamentinə sünni sədr seçilib
Bizi izləyin

Dünya

İraq parlamentinə sünni sədr seçilib

İraq parlamenti siyasi böhranın həlli istiqamətində irəliyə doğru addım ataraq parlamentə sədr seçib.

Publika.az-ın “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, sünni Səlim Əl-Cuburi parlamentin 328 üzvündən 194-nün səsini alıb.

Cuburinin sədr seçilməsindən sonra parlament 30 gün ərzində prezidenti seçməli, prezident isə öz növbəsində parlamentdə ən böyük blokdan baş nazir seçib ona yeni hökumətin təşkilini tapşırmalıdır.

ABŞ-ın vitse-prezidenti Co Bayden Cuburiyə zəng edərək onu yeni spiker seçilməsi imünasibətilə təbrik edib və onunla birgə iş aparacaqlarını deyib. Ağ Ev bildirib ki, Bayden və Cuburi İraq qanunvericilərinin tez bir zamanda yeni hökumət yaratmalı və sünni yaraqlılara qarşı mübarizə aparmalı olduğu məsələlərində həmfikir olduğunu bildiriblər.

2003-cü ildə ABŞ hərbi qüvvələrinin İraq işğalından sonra qüvvədə olan qeyri-rəsmi razılığa əsasən, parlamentin spikeri sünni, prezident kürd, baş nazir isə şiə siyasətçilər arasından seçilirdi.

2006-cı ildən bəri ölkənin baş naziri olan şiə Nuri Əl-Maliki vəzifəsindən getməkdən imtina edir. Lakin ölkənin kürd və sünni təbəqəsi ondan hakimiyyətdən getməsini tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm