Koronavirusdan ölənlərin sayı artdı: 1 gündə mindən çox insan... - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı artdı: 1 gündə mindən çox insan... - (YENİLƏNDİ)

Dünya miqyasında koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı 166 min 58 olub.

Publika.az xəbər verir ki, yoluxanların sayı 2 milyon 425 min 430-a çatıb.

Onlardan 636 min 378-i sağalıb.

54 min 318 nəfərin vəziyyəti kritikdir.

Son sutka ərzində ən çox ölüm İspaniyada (399 nəfər), ən çox yoluxma Rusiyada (4 min 268 nəfər) qeydə alınıb.

Son 24 saat ərzində, ümumilikdə, 1 027 ölüm, 18 min 855 yoluxma aşkarlanıb.

***

15:33

Dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon 421 min 18 olub.

Publika.az xəbər verir ki, 165 min 899 nəfər dünyasını dəyişib.

Sağalanların sayı 635 min 698-dir.

Hazırda 1 milyon 619 min 421 nəfərin müalicəsi davam edir. Onlardan 54 min 265-nin vəziyyəti kritikdir.

Son bir neçə saat ərzində koronavirusa 14 min 443 nəfər yoluxub, 868 nəfər ölüb.

09:56

***

Dünya miqyasında koronavirusa yoluxma faktı 2 milyon 407 min 537-yə çatıb.

Publika.az xəbər verir ki, 165 min 82 nəfər infeksiya səbəbilə dünyasını dəyişib.

625 min 304 nəfər xəstəlikdən sağalıb.

Hazırda 1 milyon 617 min 151 nəfərin müalicəsi davam edir. Onlardan 54 min 211 nəfərin vəziyyəti ağırdır.

20 aprel tarixinə açıqlanan statistikada son bir neçə saat ərzində 962 yeni yoluxma, 51 ölüm qeydə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm