• USD 1,7000 0,00% EUR 2,0009 -0,24%
    • GBP 2,3392 +0,32% RUB 0,0231 +0,43%

ÜST ən dəqiq qaynağı açıqladı - koronavirus belə yayılıb

  • Dünya
  • 21 Aprel 2020 16:59
  • 828 Baxış
ÜST ən dəqiq qaynağı açıqladı - koronavirus belə yayılıb

Çinin Uhan şəhərində ortaya çıxan və dünyanı sarsıdan koronavirusun qaynağına dair mübahisələr Çinlə ABŞ arasında gərginliyə səbəb olmuşdu. Çini virusla bağlı bilgiləri gizləməkdə ittiham edən ABŞ Uhandakı virologiya laboratoriyasını hədəf göstərmişdi. “Vaşinqton Post” 2018-ci ildə amerikalı heyətin Uhandakı laboratoriyanı gəzərək Çinə təhlükəsizlik mövzusunda xəbərdarlıq etdiyini, CNN isə ABŞ kəşfiyyatının laboratoriyanı analiz etdiyin yazmışdı.

Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun qaynağına dair ən dəqiq açıqlamanı yayıb.

Təşkilat virusun qaynağına dair bütün dəlillərin bir heyvandan insana keçdiyini göstərdiyini, insan əli ilə laboratoriyada hazırlandığı və ya dəyişdirildiyi bilgilərinin əsassız olduğunu açıqlayıb.

Laboratoriyada çəkilən görüntülər silinib

Çin rəsmi informasiya agentliyi “China Daily” 2018-ci ildə Uhandakı laboratoriyada aralarında koronavirusun da olduğu 1500 müxtəlif infeksiyanın saxlandığı soyuducuların fotosunu tvitterdə paylaşılıb, daha sonra silib. İngiltərə mediasının iddialarına görə, soyuduculardan birinin qapısı qırıq olub.

Bundan başqa, ABŞ və İngiltərənin elm adamları 17 martda "Nature Medicine" dərgisində yayımladıqları məqalədə Kovid-19-un DNT ardıcıllığında virusun insan hüceyrələrinə yapışmasını təmin edən reseptor proteinlərdə təbii seçmə izləri olduğuna diqqət çəkilib və virusun laboratoriya şəraitində hazırlanmasının mümkün olmadığı bildirilib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR