Erməni diasporunun rəhbəri Moskvada həbs olundu
Bizi izləyin

Dünya

Erməni diasporunun rəhbəri Moskvada həbs olundu

Erməni diasporunun rəhbəri Levon Ayrapetyan Rusiyanın paytaxtı Moskvada saxlanılıb.

Axar.az xəbər verir ki, “qondarma erməni soyqırımı”nın tanınması üzrə xaricdə önəmli simalardan biri kimi tanınan Ayrapetyanın “Kingiseppski” mütəşəkkil cinayətkar qrup ilə əlaqədə olduğu ortaya çıxıb.

Qeyd edək ki, Moskvanın “Domodedovo” hava limanında polislər tərəfindən saxlanılan Ayrapetyan ifadəsinin alınması üçün prokurorluğa aparılıb.

Xatırladaq ki, ABŞ-ın “Trasinda Korparayşn” şirkətinin qurucusu və sahibi olan Ayrapetyan “qondarma erməni soyqırımı”nın tanınması üçün ABŞ prezidenti Barak Obama ilə görüşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm