Ter-Tedovosyan: “Levon Ayrapetyan Azərbaycanın sifarişi ilə həbs olunub”
Bizi izləyin

Dünya

Ter-Tedovosyan: “Levon Ayrapetyan Azərbaycanın sifarişi ilə həbs olunub”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvada dünyanın ən varlı ermənilərindən biri olan Levon Ayrapetyanı həbs edib.

Onun kriminal qruplaşmalarla əlaqəsi olduğu deyilir. Ayrapetyanın həbsi Ermənistanda narahatlıq doğurub.

Erməni generalı Arkadi Ter-Tedovosyan məsələ ilə bağlı mıətbuat konfransı keçirərək bəyanat yayıb. O bildirib ki, Ayrapetyanın həbsi erməni-rus dostluğuna kölgə salmaq, Ermənistanın Avrasiya İttifaqına qoşulmasına mane olmaq məqsədi daşıyır.

Daha sonra erməni general bəyan edib ki, Ayrapetyanın fəaliyyətindən yalnız bir dövlət - Azərbaycan narazı ola bilərdi. Ter-Tedovosyan erməni biznesmenin Azərbaycanın sifarişi ilə həbs olunduğundan şübhələndiyini deyib.

Xatırladaq ki, Levon Ayrapetyan Qarabağ ermənilərinə milyonlarla dollar maliyyə yardımı ayırıb və dəfələrlə Azərbaycanın işğal altındakı ərazilərində olub. O, qondarma “DQR” rəhbərliyinin əsas sponsorlarından biridir. Ayrapetyan Ağdərənin Vəng kəndində doğulub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm