ABŞ-la Çin razılığa gəlmədi - G20-nin konfransı TƏXİRƏ SALINDI
Bizi izləyin

Dünya

ABŞ-la Çin razılığa gəlmədi - G20-nin konfransı TƏXİRƏ SALINDI

G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) barədə yaranan fikir ayrılığı konfransın təxirə salınması ilə nəticələnib.

Belə ki, iclasdan əvvəl ABŞ koronavirus epidemiyası yayılmağa başladığı vaxt ÜST-ün fəaliyyəti barədə hesabat verməsini tələb edib. Çin isə təşkilatın fəaliyyətinin araşdırılmasına qarşı çıxıb.

Bununla əlaqədar olaraq, videokonfransın keçirilməməsi qərara alınıb. G20-nin növbəti videokonfransı tərəflər arasında fikir ayrılığı aradan qaldırılandan sonra keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm