İŞİD üzünü kürdlərə çevirdi: 11 kənd tutuldu
Bizi izləyin

Dünya

İŞİD üzünü kürdlərə çevirdi: 11 kənd tutuldu

“İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatı Şimali İraqda kürd-şabakların 11 kəndini tutub.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ələ keçirilən kəndlərdən 112 nəfər oğurlanıb.

Oğurlanan yerli sakinlərdən 2-nin cəsədi bir müddət sonra tapılıb. Digərləri barədə isə məlumat yoxdur. Kürd-şabakların əksəriyyətinin Ərbilə qaçdığı bildirilir.

İraq parlamentinin deputatı Səlim Şabak “Anadolu” agentliyinin müxbiri ilə söhbətində bildirib ki, İŞİD kürd-şabakların öldürüləcəyi barədə xəbərdarlıq yayıb. Deputat bunu kürd-şabakların şiə olması ilə izah edib. Onun sözlərinə görə, artıq 10 nəfər öldürülüb.

Təhlükəsizlik xidmətinin nümayəndəsi Haşim Mehdi Məcid pulu olanların Kərbəla, Nəcəf və Ərbilə qaçdığını deyib. O, qalanların yaxınlıqdakı peşmərgə güclərinə ümid edərək evlərini tərk etmədiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm