İşğal olunmuş Krımda Ukrayna bayrağı dalğalandı
Bizi izləyin

Dünya

İşğal olunmuş Krımda Ukrayna bayrağı dalğalandı

İyulun 15-də səhər tezdən oyanan Yalta sakinləri heyrətləniblər. Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra şəhər meriyasının binası üzərində yenidən Ukrayna bayrağını görəcəyini heç kim ağlına gətirmirdi.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bayrağı şəhər meriyasının binasına ehtiyat pilləkəni ilə qalxan hansısa vətənpərvər sancıb.

Ukrayna bayrağı təxminən 40 dəqiqəyədək binanın üzərində dalğalanıb.

İşqal olunmuş Krımda Ukrayna bayrağını dalğalandıran şəxs həbs olunub. Amma bu barədə polis və ya hər hansı başqa qurumlar rəsmi məlumat verməyib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm