ABŞ prezidenti olmağa kim daha yaxındır? – Sorğu
Bizi izləyin

Dünya

ABŞ prezidenti olmağa kim daha yaxındır? – Sorğu

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərinə namizədlər arasında ən məşhurudur.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçirilən sorğuda respondentlərin 16 potensial namizədə münasibəti soruşulub.

“Gallup” analitik şirkəti tərəfindən aparılan sorğunun nəticəsində görə, respondentlərin 55 faizi H.Klintona rəğbət bəsləyir. Əks fikirdə olanlar isə 36 faiz təşkil edir.

Sorğunun nəticəsinə görə, Respublikaçılar Partiyasının üzvü Mayk Hakabi Klintondan sonrakı yeri tutur. Demokratlar arasında ən yüksək reytinqə Elizabet Uorren (38) malikdir.

Hillari Klinton 2016-cı il prezident seçkilərində ABŞ prezidenti postuna potensial namizədlərdən biri hesab edilir. May ayında “İpsos” sosioloji şirkətinin keçirdiyi sorğu da göstərdi ki, ABŞ vətəndaşlarının əksəriyyəti Klintonu prezident seçkilərinin qalibi hesab edirlər. Amma 66 yaşlı Klintonun özü ən yüksək post üçün mübarizə aparacağını təsdiqləməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm