HƏMAS-dan İsrailə qarşı təhlükəli əməliyyat - VİDEO
Bizi izləyin

Dünya

HƏMAS-dan İsrailə qarşı təhlükəli əməliyyat - VİDEO

Bu gün səhər saat 4 radələrində HƏMAS-ın İzzeddin Kassam hərbi birləşməsinə məxsus kəşfiyyatçılar Qəzzanın Sofa adlanan bölgəsində uğurlu hərbi əməliyyat həyata keçiriblər.

Teleqraf.com xəbər verir ki, HƏMAS-ın əsgərləri yeraltı yolla İsrailin nəzarətində olan əraziyə gedə biliblər.

Orada vəzifələrini yerinə yetirəndən sonra qazdıqları tunellə geri qayıdan fələstinlilərin səmadan çəkilən videosunu İsrail tərəfi internetə yerləşdirib. Videodan görünür ki, Kassam hərbçiləri tunelə daxil olduqdan sonra giriş nöqtəsi İsrail tərəfindən bombalanır.

İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, 13 fələstinlidən 8-i İsrail əsgərləri tərəfindən öldürülüb, 5 nəfər isə qaça bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm