Obama Putinə zəng etdi
Bizi izləyin

Dünya

Obama Putinə zəng etdi

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə zəng edib.

ANS PRESS-in məlumatına görə, Kremlin Mətbuat Mərkəzindən verilən açıqlamada bildirilir ki, telefon zəngində Putin Ukrayna ərazisində vurulduğu iddia edilən Malayziyanın sərnişin təyyarəsi ilə bağlı məlumat verib.

Telefon söhbətində Putin Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsinin vacibliyinə diqqət çəkərək bu ölkədən Rusiyaya gələn qaçqınların sayında artım olduğunu bildirib. Həmçinin Putin Obamanın nəzərinə bir neçə gün əvvəl Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı dediklərindən narazı qaldığını da çatdırıb.

Kremldən verilən məlumatda bildirilir ki, Rusiya prezidenti Malayziya baş naziri Nəcib Rezaka qəzada həyatını itirənlərlə bağlı başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm