Ukraynada təyyarələri vuran terrorçu - Girkin
Bizi izləyin

Dünya

Ukraynada təyyarələri vuran terrorçu - Girkin

Dünən Ukrayna ərazisindəki Torez rayonunda AN-26 təyyarəsinin vurulmasına görə separatçıların başçısı Girkin məsuliyyəti öz üzərinə götürərək öyünüb.

Qeyd edək ki, bu gün axşam vurulan və 300 nəfərə qədər insanın ölümünə səbəb olan Malayziya təyyarəsi də məhz Torez rayonunda raket zərbəsilə salınıb.

Terrorçu bəyan edib ki, o, bu səmalarda uçmağın təhlükəli olduğu barədə xəbərdarlıq etmişdi.

Обломки малайзийского лайнера

AN-26-nı vurub salmasıyla lovğalanan Girkin bildirib ki, "quşcuğaz bir kənara düşüb, yaşayış massivinə düşərək dinc insanlara xəsarət yetirməyib".

Bu gün vurulan sərnişin təyyarəsində isə 300-ə qədər dinc insan həlak olub. Onlar Amsterdamdan Malayziyanın paytaxtı Kuala-Lumpura uçurmuşlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm