Gizli sənədlər ifşa oldu - Çindən dünyaya qarşı ŞOK HƏRƏKƏTLƏR
Bizi izləyin

Dünya

Gizli sənədlər ifşa oldu - Çindən dünyaya qarşı ŞOK HƏRƏKƏTLƏR

Koronavirus yayılmadan öncə Çin dünyanın hər yerindən tibbi ləvazimatlar tədarük edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” dərgisi Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinadən sənəd yayımlayıb.

Sənəddə bildirilib ki, Çin qlobal fövqəladə vəziyyət elan etməməsi üçün Ümumdünya Səhiyyə Təşkilatını hədələyib. Çin pandemiya xəbərdarlığı elan etməsi təqdirində koronavirusun araşdırmasında ÜST ilə əməkdaşlığa son verəcəyi təhdidini gündəmə gətirib.

Dərgi 2 MKİ rəsmisinin sənədin məzmununu təsdiqlədiyini vurğulayıb.

Qeyd edək ki, Almaniyanın “Der Spiegel” dərgisi də ötən həftə alman kəşfiyyatına istinadən Çinin dövlət başçısı Si Cinpinin ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesusa 21 yanvarda zəng edərək ona təzyiq göstərdiyinə dair iddialar dərc etmişdi.

ÜST-ün mətbuat departamenti isə bu iddiaları təkzib edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm