Davudoğlu: “Quru hərəkatını lənətləyirik!”
Bizi izləyin

Dünya

Davudoğlu: “Quru hərəkatını lənətləyirik!”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrail silahlı qüvvələrinin Qəzza bölgəsinə quru hərəkatı başlatmasına münasibət bildirib.

ANS PRESS-in xəbərinə görə, Türkiyənin baş diplomatı sosial şəbəkədəki şəxsi səhifəsində bu hərəkatı lənətlədiyini ifadə edib.

Yazdığı ismarışda bir az əvvəl BMT-nin baş katibi Pan Gi Munla telefonda danışdığını bildirən Əhməd Davudoğlu BMT Təhlükəsizlik Komitəsinin fövqəladə iclas keçirməsi üçün səylər başlatdıqlarını qeyd edib.

“İsrailin hava hücumları ilə işlədiyi müharibə cinayətindən sonra indi də Qəzzaya quru hərəkatı başlatmasını lənətləyirik.

Sivilizasiyanın vicdanı bir daha Fələstin məsələsi ilə sınqdan keçir. Az əvvəl BMT-nin baş katibi cənab Pan Ki munla danışdım.

BMT Təhlükəsizlik Komitəsinin fövqəladə və açıq tərkibli iclası üçün səylərə başlayırıq” – deyə ismarıcda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm