Dünya
Vurulan təyyarənin radiusunda daha iki qırıcı olub
Malayziyanın Donetsk bölgəsində vurulan təyyarəsini izləyən ispaniyalı dispetçerin dediyinə görə, “Boinq”in düşməsindən az öncə yanında daha 2 qırıcı uçub.
ANS PRESS-in məlumatına görə, o bu barədə öz
tvitter səhifəsində qeyd edib (https://twitter.com/spainbuca). “777
radarlardan itməsindən 3 dəqiqə əvvəl 2 hərbi təyyarə onun yanından
uçdu“ deyə o öz tvitində bildirib.
Bu arada ABŞ kəşfiyyatı isə “yer-hava” tipli
raketi radarlarında sezib və iddia olunur ki, təyyarə məhz bu
raketlə vurulub.
Hadisə ilə əlaqədar Malayziya tədqiqata başladığı
bir vaxtda Rusiya və Ukrayna tərəfləri bir-birlərini ittiham edir.
Rusiya prezidenti Vladimir Putin öz çıxışında təyyarənin
vurulmasında yeganə günahkarın Ukrayna tərəfinin olduğunu
bildirir.
Faciədən faktiki şübhəli tərəf olan Donetskin
rusyönümlü yaraqlıları isə hadisənin araşdırılması üçün Ukrayna
tərəfinə 3 günlük atəşkəs təklif ediblər.
Qeyd edək ki, cümə axşamı Kiyev vaxtı ilə saat 17
radələrində “Malayziya hava yolları”na aid “Boinq 777”nin vurulması
xəbəri yayılıb. İlkin məlumatlara görə o zenit-raket kompleksi ilə
vurulub. Təyyarədə 280 sərnişin 15 ekipaj üzvü olub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!