İsrail səfirliyi daşlandı
Bizi izləyin

Dünya

İsrail səfirliyi daşlandı

İsrail-Fələstin qarışdurmasının daha da şiddətlənməməsi, günahsız insanların əziyyət çəkməməsi üçün Türkiyənin bir neçə şəhərində etiraz aksiyası keçirilib.

ANS PRESS-in məlumatına görə, bu gecə İsrailin Qəzzaya quru əməliyyatı keçirməsini dayandırması məqsədilə Ankarada AKP və CHP-dən olan millət vəkilləri, QHT əməkdaşları və bir sıra fəallar İsrai səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar İsrail əleyhinə şüarlar səsləndiriblər.

Danışıqlardan sonra qəzəbli aksiyaçılar səfirlik binasına girməyə cəhd göstərib. Onlardan bəziləri binanı daşlamağa başlayıb. Bundan sonra polis onlara müdaxilə etmək məcburiyyətində qalıb. Beləliklə, aksiyaçılarla polis arasında gərgin anlar yaşanıb. Polislər dağılmaq istəməyən aksiyaçıları təzyiqli su və qazla uzaqlaşdırmağa cəhd göstəriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm